“Beluqa” İstirahət Mərkəzi 60 ayrana görə cərimələndi – Vaxtı keçibmiş…backend

“Beluqa” İstirahət Mərkəzi 60 ayrana görə cərimələndi – Vaxtı keçibmiş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Lənkəran rayonunun Sütəmurdov kəndində, dəniz kənarında yerləşən “Beluqa” İstirahət Mərkəzi cərimələnib.
İstirahət mərkəzinin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1 və 447.0.2-ci maddələri ilə protokol tətrib edilib.
Sözügedən obyektdə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə yoxlama zamanı “Beluqa” İstirahət Mərkəzində, “Köz dönər” satılan yerdə 60 ədəd 150 ml istifadə müddəti bitmiş “Milk” markalı ayran aşkar olunub.
Mərkəzin sahibi Pərvin Manafovun iştirakı ona protokol tərtib olunub. Müvafiq qərarla sahibkar barəsində İXM-in 447.0.2-ci maddəsi ilə 1500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilib.
Sahibkar Lənkəran Şəhər Məhkəməsinə sözügedən dövlət qurumlarının barəsində tətbiq etdiyi protokolla bağlı şikayət versə də, iddiası qəbul edilməyib.
Sahibkar iddia edib ki, həmin ayranların istifadə müddəti cəmi bir gün keçib. Həmçinin ayranlar onun istirahət mərkəzində Orxan adlı şəxsə icarəyə verdiyi “Köz dönər” adlı obyektdə aşkarlanıb.