SEPAH İranın Sistan və Bəlucistan bölgəsində daha bir narazılığa səbəbkar olub. Tribunainfo.az xəbər verir ki, uzun zamandır bölgədə hakim olan qeyri-sabit, həm də silahlı toqquşmalarla müşahidə olunan vəziyyət daha da gərginləşib.
Belə ki, ötən gün SEPAH daha 4 nəfərin ölümünə bais olub. Hadisədən dərhal sonra açıqlama verən sözügedən hərbi birliyin rəsmiləri iddia ediblər ki, həçmin şəxslər “Səhab” etnik separatçı qrupun üzvləri olublar. Hətta onlardan silah-sursat tapdıqlarını da iddia ediblər.
Maraqlıdır ki, SEPAH bundan əvvəl “Ceyş əl-Ədl” təşkilatına qarşı əməliyyatlar keçirirdi. Həmin qruplşama silahlı idi və mübarizəsini də bunun üzərində qurmuşdu. SEPAH-ın onlara qarşı əməliyyat keçirmələri başa düşülən idi. Lakin son zamanlar hər kəsə bir ad qoyaraq, dinc insanları təkcə polis idarələrində deyil, elə evlərində, küçələrdə də öldürülməsi halları intensiv şəkil alıb. Bu da kütlənin qəzəbinə səbəb olur.
Yerli müşahidəçilər bildirirlər ki, belə davam edərsə, Sistan-Bəlucistan əhalisi kütləvi şəkildə silaha sarılaraq, İrana qarşı mübarizəyə başlayacaq.