Belqoroda intensiv dron hücumları – Şəhərin mərkəzi hərbçilər tərəfindən mühasirəyə alınıb

Belqoroda intensiv dron hücumları – Şəhərin mərkəzi hərbçilər tərəfindən mühasirəyə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Belqorod şəhərinin mərkəzində səhər saatlarından etibarən Ukrayna ordusunun genişmiqyaslı dron hücumları qeydə alınıb.

Tribunainfo.az  teleqram kanallarına istinadla xəbər verir ki, şəhərin mərkəzi hərbçilər tərəfindən mühasirəyə alınıb, avtomat silah səsləri və partlayış səsləri eşidilir. Havada çoxlu sayda dron müşahidə olunur.SHOT teleqram kanalının məlumatına görə, səhərdən etibarən ən azı 30 dron vurulub. Hücumda “Darts” tipli pilotsuz uçuş aparatları və FPV dronlardan istifadə olunub. Hədəflər arasında Belqorod vilayəti hökumət binası və şəhərin mərkəzində yerləşən digər obyektlər var. Dronların məhv edilməsi üçün mobil qruplar fəaliyyət göstərir. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, hücum nəticəsində 3 nəfər yaralanıb. Sosial şəbəkələrdə yayılan videolardan birində idarə olunan dronun hərəkətdə olan avtomobilə dəqiq zərbə endirdiyi görünür.

Hücum təhlükəsinə görə şəhərdə ciddi təhlükəsizlik tədbirləri görülüb: dövlət qurumları məsafədən işləmə rejiminə keçib, ticarət mərkəzləri bağlanıb, küçə tədbirləri ləğv edilib, əhali isə mümkün qədər küçədə az qalmağa çağırılıb.