Rusiyanın Belqorod vilayəti raket atəşinə tutulur.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Qeyd olunub ki, hazırda Belqorod şəhərində həyəcan siqnalları işə düşüb.
Raket atəşi nəticəsində bir maşın yanıb. Yerli hakimiyyət orqanları əhalini sığınacaqlara girməyə çağırıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusunun RM-70 “Vampir” reaktiv yaylım atəş sistemlərinin 7 raketi zərərsizləşdirilib.