Belqorod atəşə tutuldu – Ölən və yaralananlar varbackend

Belqorod atəşə tutuldu – Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Valuyski rayonunun Sobolevka kəndini atəşə tutub. Hadisə nəticəsində 6 nəfər yaralanıb, 2 nəfər həlak olub”.

Tribunainfo.az xəbər verir ki, bu barədə teleqram kanalında vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Onun sözlərinə görə, atəş “Qradov”dan həyata keçirilib. Zərərçəkənlər evlərinin həyətində olub və aldıqları xəsarətlərdən ölüblər.

“Mərminin birbaşa düşməsindən sonra iki fərdi evin yardımçı tikili və qarajı yanıb, yanğınsöndürənlər hadisə yerində işləyirlər”, – deyə Qladkov bildirib.