Bəlkə də qaytardılar – separatçılar ümidlidir…

Bəlkə də qaytardılar – separatçılar ümidlidir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdan qaçaraq, Ermənistana sığınan separatçılar hələ də o ümiddədirlər ki, bəlkə də qaytardılar. Tribunainfo.az xəbər verir ki, nağıllar aləmində yaşayan həmin separatçıların nümayəndəsi Metaxe Akopyan Qərbdən əllərini üzdüklərini etiraf edib.
Lakin Qarabağa geri qayıdacaqları nağıllarına hələ də inandırlaqını qeyd edib. “Bizim beynəlxalq ictimaiyyətdən böyük gözləntilərimiz yoxdur. Lakin biz Qarabağ məsələsini gündəmdə saxlamalıyıq”.
Akopyan hesab edir ki, Ermənistanın hazırkı hakimiyyəti əbədi deyil. “Ona görə də biz hər an hazır olmalıyıq ki, Ermənistanda milli hakimiyyətin formalaşması halında Qarabağ ermənilərini Qarabağa qayıtması məsələsini gündəmə gətirək”.
P.S. Bu bədbəxtlər hələ də anlamırlar ki, o qatar artıq gedib. Bundan sonra Ermənistanda “milli”, “anti milli”, “revanşist”, daha daha digərləri hakimiyyətə gəlsə, göyə çıxsa belə separatçıların Qarabağa qayıdaraq, əvvəlki kimi yaşamalarına imkan verilməyəcək. Akopyan və onun kimilər dua etsinlər ki, Azərbaycan onlara humanist davranaraq, ölkədən çıxmalarına imkan verib. Çünki Azərbaycanın qanuni haqqı idi ki, ölkənin suverenliyinə təhdid olan, ərazi bütövlüyümüzə qarşı silahlı çıxan və terrorçu ünsür olan Metaxe və digərləri antiterror əməliyyatı zamanı zərərsizləşdirə bilərdi.