“Belıy Lebed” MMC növbəti dəfə cərimələndibackend

“Belıy Lebed” MMC növbəti dəfə cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəfələrlə cərimələnən “Belıy Lebed” MMC ilə bağlı növbəti cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, aparılan yoxlama zamanı tikinti şirkətinin İnzibati Xətalar Məcələsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 266.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

MMC ilə bağlı işə 16 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Murad Məmmədovun icraatındadır.
Qeyd edək ki, “Belıy Lebed” MMC ilə bağlı sözügedən maddəylə iyul ayında da cərimə protokolu tərtib edilmişdi.

Xatırladaq ki, nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Nurəddin Kərimov və qardaşı Şəmsəddin Kərimovdur. MMC əsas direktoru isə qardaşların şəriki Allahverdi Zeynalovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Roman