BƏLƏDİYYƏLƏR MTK-lara QARŞI… “TİKİNTİ ŞİRKƏTLƏRİNİ BİNALARDAN QOVUN!”

BƏLƏDİYYƏLƏR MTK-lara QARŞI… “TİKİNTİ ŞİRKƏTLƏRİNİ BİNALARDAN QOVUN!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tikinti şirkətlərini binalardan qovun, idarəetməni öz əlinizə alın!

Tribunainfo.az yazır ki, belkə bir çağırışla hüquqşünas Əkrəm Həsənov çıxış edib. O bildirib ki, tikinti şirkətləri çoxmənzilli binaları qanunsuz idarə edir:

“Fevral ayında yaşadığım binadan tikinti şirkətinin çıxarılması və idarəetmədən kənarlaşdırılması barədə məhkəmə qətnaməsi var idi və burada bölüşmüşdüm. Paralel bələdiyyəni də məhkəməyə vermişdim. Çünki sakinlərin ümumi yığıncağı keçirməyibsə, bunu bələdiyyə etməlidir. Sakinlər idarəetmə üsulunu müəyyən etməyibsə, bələdiyyə müsabiqə keçirərək idarəedici təşkilatı seçməlidir.

Lakin bələdiyyələr bunu etmir. Bakı İnzibati Məhkəməsi iddiamı təmin edərək sözügedən vəzifələrin icrasını Xətai Bələdiyyəsinin üzərinə qoydu. Bu presedentdən istifadə edərək harınlamış tikinti şirkətlərini binalarınızdan qovub, idarəetməni öz əlinizə alın”.