Azərbaycanda bağ sahələrində tikilən evlərin alqı-satqısı ilə bağlı ciddi risklər mövcuddur. Xüsusən də bələdiyyə sənədli torpaqlarda inşa edilən evlərdə hüquqi problemlər yaşana bilər.
Tribunainfo.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirir ki, belə ərazilərdə mülkiyyət əldə etməzdən əvvəl sənədlərin tam hüquqi yoxlanışı aparılmalıdır. Əks halda alıcı həm maddi, həm də hüquqi baxımdan çətin vəziyyətə düşə bilər.
Elnur Azadovun sözlərinə görə, Bağ ərazisində hazırda tikilən evlər o vaxtlar kalxoz və savxoz əraziləri olub. Sonradan bələdiyyə o torpaqları bölüb satıb. Bələdiyyə sənədi ilə o vaxtkı qanunvericiliklə indiki qanunvericilik arasında fərq var. İlk növbədə baxmaq lazımdır ki, bağ sənədində nə yazılıbdır. Ən vacib isə həmin sənədlərin toplusunu yoxlamaq lazımdır. Orada Dövlət Xəritəçəkmə Komitəsi tərəfindən katarst sənədləri, xəritə varsa, Asan Xidmətdən çıxarış almaq olursa, orada heç bir risk yoxdur. Proses zamanı vətəndaş hər hansı bir evi tapıbsa, Asan Xidmətə getməli, sənədlərlə həmin torpağın çıxarışını ala bilirsə, o zaman heç bir problem olmur. Çıxarış aldıqdan sonra alqı-satqı edilməlidir. Sadəcə rüsumlar əmələ gələ bilər. Çünki baxılmalıdır ki, neçənci ildəndir. Çünki bəzən elə fantastik rüsumlar olur ki, bazar qiyməti ilə ölçülür. Amma əgər sənədlər düzgün deyilsə, və ərazidə sağında və solunda yaşayan vətəndaşlar çıxarış ala bilməyibsə, o vaxtdan kadastr sənədləri dövlət tərəfindən qeydə alınmayıbsa, bu zaman mümkün deyil. Belə sənədlər qismən saxta sayıla bilər. Belə olan halda bələdiyyə həmin sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə etmədən alqı-satqı etmiş olur.
Dəniz Pənahova