Rizenin Ardeşen rayonunda Tunca qəsəbəsinin keçmiş bələdiyyə sədri Əhməd Naci Aytemiz düşmənlər arasında yaranan mübahisə zamanı tapança ilə açılan atəşlə öldürülüb.
Tribunainfo.az “Sondakika” xəbər agentliyinə istinadən bildirir ki, Aytəmiz öldürülməzdən əvvəl marketin ərzaq mağazasında gözləyən zaman onun iki nəfər tərəfindən döyülməsi və üzərinə silah çəkildiyi anların təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.
Müzakirə davaya çevrildikdən sonra tərəflər tapança ilə bir-birinə atəş açıb. Küçəyə sıçrayan münaqişədə H.K.-nin tapançasının açdığı güllədən dəyən Aytəmiz qanlar içində yerə yıxılıb, adı açıqlanmayan şəxs isə çiynindən yaralanıb.