Qarabağdakı əli silahlı erməni terrorçular bölgədən qaçır. Dünən bunu haqqın.az yaydı. Xəbər verildi ki, erməni hərbçilər tələbə adı ilə çıxıb gedirlər. Onlar İrəvanda oxuduqlarını bəhanə ediblər. Lakin yayılan fotoda yaşlı olduqları görünür, tələbəyə oxşamırlar. İlkin məlumata görə, Paşinyan hökuməti ilk növbədə Ermənistan liderinin yerlilərini, yəni Dilican rayonundan olanları xilas etmək barədə tapşırıq verib. Məlumatı Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları da təsdiq edir”, – deyə haqqın.az verdiyi məlumatda qeyd olunub.
Məsələ barədə Tribunainfo.az-a danışan siyasi ekspert Ramiyə Məmmədova bildirir ki, bu fakt bir neçə detalı üzə çıxarır. Onun sözlərinə görə, separatçı ünsürlər bölgənin onlar üçün qaranlıq olduğunu anlayırlar. İkinci səbəb ölümdən xilas üçün qaçışdır. Ekspert hesab edir ki, əslində yaşıl dəhliz yaradılmalı və onların tərki-silah edilib getməsinə şərait yaradılmalıdır. Bundan başqa, Bakıya qrafik verilməlidir ki, nə qədər müddətə Qarabağdan rədd olacaqlar. Təhlilçi bununla belə çox da ümidlənməyə lüzum görmür. Onun fikrincə, Rusiya bölgədə silahlı birləşmələrin qalmasında maraqlıdır: “Erməni silahlı birləşmələri 10-12 min civarındadır. Onların biri də burada qalmamalıdır. Onların ya özü, ya meyiti buradan çıxmalıdır. Ona görə hansı adla rədd olub gedirlər getsinlər. Bizə maraqlı deyil. Əsas odur ki, getsinlər. Qarabağda əlində silah olan bir erməni belə qala bilməz. Ancaq o fotoya baxdım, o yaşda, elə tələbə olar? Onlar hamısı mülki geyimdə qaçan hərbçilərdir. Eybi yox, əsas çıxıb getsinlər. Biz bu işi tam başa çatdırmalıyıq. Sadəcə, Rusiya separatizmi və xunta rejimini yaşamaqda maraqlıdır”.