Yeni tədrisi ili başlayır və mümkün qədər valideynlər xüsusilə 1-cilərin görmə və eşitməsini yoxlatmalıdır. Yaxşı olar ki, sinifdə parta arxasında düzgün oturma qaydasını da evdə öyrətsinlər.
Tribunainfo.az xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev bildirib. O qeyd edib ki, valideynlər çanta seçimində də diqqətli olmalıdır. Xüsusilə aşağı sinif şağirdlərinin çantasını seçərkən diqqətli olmaq lazımdır:
“Məktəbli çantası yenə problem olaraq qalır. Valideynlər allı-güllü, iri çantalarla yox, uşağın boyuna və çəkisinə uyğun çantalarla maraqlanmalıdır. Funksional olsun, uşağın qamətinə və yerişinə zərər verməsin. Hələ inkişaf mərhələsində olan onurğanı belə ağır, narahat çantalarla incitmək olmaz”.
Nigar