Belçika Müdafiə Nazirliyi Google-ni məhkəməyə vermək niyyətindədir

Belçika Müdafiə Nazirliyi Google-ni məhkəməyə vermək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika Müdafiə Nazirliyi Google Maps servisindəki xəritələrdə göstərilən bəzi hərbi və strateji obyektləri retuş etməkdən boyun qaçırdığı üçün Google-ni məhkəməyə verməyə hazırlaşır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Belçika HHQ-nin Limburq əyalətində və Arden dağlarında yerləşən bazaları, habelə nüvə elektrik stansiyaları, Antverpen limanındakı neft terminalları çox aydın göstərildiyi üçün Belçika tərəfi onları tutqunlaşdırmağı xahiş etmişdi.