BELARUSİYA ABŞ ÜÇÜN TƏHLÜKƏDİRMİ? BAYDENİN QƏRARI

BELARUSİYA ABŞ ÜÇÜN TƏHLÜKƏDİRMİ? BAYDENİN QƏRARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Belarus rəhbərliyinin nümayəndələrinə qarşı Amerika sanksiyalarını bir il müddətinə uzadıb.
Tribunainfo.az xəbər verir ki, Amerika lideri müvafiq fərman imzalayıb və ABŞ Konqresinə bildiriş göndərib.

Ağ Evin bəyanatında deyilir ki, “Belarus hökumətinin və bəzi şəxslərin hərəkətləri və siyasəti ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə yaratmaqda davam edir”.

Bu səbəbdən Bayden sanksiyalar rejimini daha bir il uzadıb.
Qeyd edək ki, bu cür sanksiya rejimlərinin hər il uzadılması Amerika qanunvericiliyi ilə nəzərdə tutulub.