Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammiti Belarusun assosiasiyaya qoşulması ilə bağlı sənədlərin imzalanması ilə başlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sammitin əvvəlində Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev sənədlərin imzalanmasını təklif edib. Onun sözlərinə görə, Belarus “qısa müddət ərzində ŞƏT-ə üzvlük yolunda bütün zəruri prosedurları başa çatdırıb”.
Beləliklə, ölkə təşkilatın onuncu üzvü oldu. Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan belə statusa malikdir.