backend

Belarus səfiri Azərbaycana görə erməniləri PƏRT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun Ermənistandakı səfiri İqor Nazaruk erməni jurnalistlərin bloger Aleksandr Lapşinlə bağlı suallarını cavablandırmaqdan imtina edib. 
Belarusun Ermənistandakı səfiri İqor Nazaruk erməni jurnalistlərin bloger Aleksandr Lapşinlə bağlı suallarını cavablandırmaqdan imtina edib.

TİA.AZ  “news.am”-a istinadən məlumat verir ki, Belarus səfiri Lapşinlə bağlı sualı sona kimi dinləmədən cavab verməkdən imtina edib.

“Bu destruktiv sualdır və dostluq atmosferinə, həmçinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına həsr olunmuş tədbirin ruhuna uyğun deyil”, – deyə bildirib.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən bloger Aleksandr Lapşin rəsmi Bakı tərəfindən beynəlxalq axtarışa verilib. Bloger bu ilin fevralında Belarusda həbs olunaraq, Bakıya ekstradisiya edilib.