“Beko Azərbaycan” MMC barəsində cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Beko Azərbaycan” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Beko Azərbaycan”la bağlı iş baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. 24 dekabr tarixində hakim Aygün Həsənovanın sədrliyi ilə işə baxılacaq.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar