Bekhemlə bu dəfə şəkil çəkdirə bildi

Bekhemlə bu dəfə şəkil çəkdirə bildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dünya futbolunun sabiq ulduzu, “İnter” (Mayami) klubunun sahibi Devid Bekhem oğlu Romeo ilə birlikdə fevralın 3-ü Türkiyədə olub.

Tribunainfo.az -ın “Haberler.com”a istinadən məlumatına görə, türkiyəli mütəxəssis Fatih Terimin qızı Buse Terim Devid Bekhem ilə görüşərək onunla xatirə fotosu çəkdirib.

Şəkli öz instaqram hesabında paylaşan gənc qız bildirib: “Buna nail olduğumu deyə bilərikmi?”

Qeyd edək ki, Buse ötən il İtaliyada qarşılaşdığı Devid Bekhemlə şəkil çəkdirmək istəsə də, rədd cavabı almışdı. O bu barədə sosial şəbəkədə paylaşım edərək, “Bekhem necə də vecinə almadı…”, – deyə yazmışdı.