Ermənilərin “Qarabağ dərdi” bitmir. Elə ona görə də, bitmiş, kökündən həll olunmuş məsələni davamlı gündəmə gətirməklə, özlərinə təsəlli verməyə, bir qrup zavallı ermənini aldatmağa davam edirlər.
Tribunainfo.az xəbər verir ki, bu oyunbazlığın içində olanlardan biri də erməni politoloq Karen Bekaryandır. O, “Kanal5” TV-yə verdiyi açıqlamasında iddia edib ki, guya, Qarabağ məsələsi bitməyib. “Prosesə başlamaq öz əlimizdədir”.
Onun sözlərinə görə, beynəlxalq aləm də guya, onlardan bununla bağlı addımlar atmasını gözləyir.
P.S. Bekaryan sözün həqiqi mənasında soyadı kimi, bekar qalıb. Elə bekarçılıqdandır ki, Həzrəti İsa (ə) olmaq eşqinə düşüb. Yoxsa, bu erməni dılğırı niyə ölünü diriltmək üçün cəhd etsin?