Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Leyla Əliyevanı qəbul etdi – Fotolar

Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Leyla Əliyevanı qəbul etdi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Bəhreynə səfəri çərçivəsində Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə görüşü keçirilib.

Tribunainfo.az xəbər verir ki, görüş zamanı iki dövlət və xalq arasında yüksək səviyyəli münasibətlərin mövcudluğu xüsusi vurğulanıb.

İkitərəfli əməkdaşlığın bundan sonra da müxtəlif sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Bəhreyn Krallığının Vəliəhdi Azərbaycanın hər zaman qlobal problemlərin həllinə dəstək olduğunu, bu çərçivədə ölkəmizin COP29 beynəlxalq tədbirinə də yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladıb. Ətraf mühitin qorunması sahəsində təşəbbüslərin davamı olaraq MAMA “Ana təbiət” sərgisinin Bəhreyndə təşkilinə görə təşəkkürünü çatdırıb. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın ətraf mühitin qorunmasına yönəlik Azərbaycanda və digər ölkələrdəki təşəbbüsləri yüksək qiymətləndirilib.

Görüş zamanı Azərbaycan və Bəhreyn arasında gələcək əməkdaşlıq layihələri sırasında beynəlxalq Ekspo sərgiləri, o cümlədən Yaponiyada aprel ayından başlayacaq Ekspo 2025 çərçivəsində birgə fəaliyyət üzrə də fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan və Bəhreynin Formula 1 kimi nüfuzlu yarışa uğurla ev sahibliyi etməsi vurğulanıb. Ölkəmizdə avtomobil idmanı üzrə yarışların keçirilməsinə önəm verildiyi və bu çərçivədə də gələcək əməkdaşlıq müzakirə olunub.