Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov hazırladıqları yeni video çarxda məmurları hədəfə alıb.
Bəhram Bağırzadənin “Instagram”da yerləşdirdiyi videoda Tahir İmanov vəzifədə olan məmur obrazını canlandırıb.
“27 il, 8 ay, 25 gün, 4 saat vəzifədə işləmişəm. Nə az, nə çox. Dünyanın heç bir yerində belə şey olmayıb. Heç nədən məni bayıra tulladılar. Niyə? 32 milyon oğurlamışam. 32 milyon nədir ki? Camaat 70-100 milyon oğurlayır. Camaat var oğurlayır, oğurlayır, oğurlayır. Mən cəmi 32 milyon oğurladım. Özü də dollarla” deyə Tahir İmanov bildirib.