“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, buna müdafiəçinin zədələnməsi səbəb olub.
Xatırladaq ki, Azərbaycan yığması ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, yığmamız sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.