“BeeOnline” külli miqdarda cərimələnir

“BeeOnline” külli miqdarda cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən “BeeOnline” Açıq Səhimdar Cəmiyyətinin (ASC) barəsində inzibati protokol tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 381.11-ci (Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulması) maddəsi ilə ittiham irəli sürülüb.
İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İşə hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılacaq.
381.11-ci maddəyə əsasən, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.