BƏƏ saray çevrilişi həyata keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı Krallığı vəliəhd şahzadə Məhəmməd bin Nayifin yerinə kral Salman bin Əbdüləziz Əl Səudun 31 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin edib. 

Səudiyyə Ərəbistanı Krallığı vəliəhd şahzadə Məhəmməd bin Nayifin yerinə kral Salman bin Əbdüləziz Əl Səudun 31 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin edib.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, 34 üzvlü Sadakat Şurasının 31 üzvü qərarın lehinə səs verib.

Məhəmməd bin Nayif həmçinin daxili işlər naziri vəzifəsindən də çıxarılıb. Beləliklə, ölkədə kralın varisi dəyişib.

İddiaya görə, verilən qərarın arxasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) var. Kral Salmanın siyasətinə oğlunun böyük təsirinin olduğu bildirilir. Onun Yəmən müharibəsini başlatdığı və Qətərə qarşı embarqonun memarlarından biri olduğu deyilir.

İqtisadi islahatçı olan Məhəmməd bin Salmanın BƏƏ-nin ABŞ-dakı səfiri ilə yaxın olduğu iddia edilir. Müdafiə Nazirliyinin başçısı olan kralın oğlu bundan sonra baş nazirin müavini vəzifəsini də icra edəcək.