Birləşmiş Ərəb Əmirlikləri Qətərlə əlaqələrini rəsmi Dohanın Müsəlman Qardaşları təşkilatına verdiyi dəstəyə görə dayandırıb.
Birləşmiş Ərəb Əmirlikləri Qətərlə əlaqələrini rəsmi Dohanın Müsəlman Qardaşları təşkilatına verdiyi dəstəyə görə dayandırıb.
TİA.AZ xəbər verir ki, bu barədə bəyanatı BƏƏ Xarici İşlər Nazirliyi yayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərlə münasibətləri kəsiblər. BƏƏ Qətər diplomatlarına 48 saat, vətəndaşlarına isə ölkəni tərk etməsi üçün 14 gün vaxt verib.
Qətər Müsəlman Qardaşlarına uzun illərdir dəstək verir. Misirdə Müsəlman Qardaşlarının hakimiyyətə gəlməsinə dəstək verən rəsmi Dohanın bu səbəbdən bir zamanlar Səudiyyə Ərəbistanı ilə münasibətləri pisləşmişdi.