İnsan orqanizmi çoxsaylı prosesləri özündə birləşdirən və bir-birindən asılı olmayaraq eyni vaxtda fəaliyyət göstərən mürəkkəb mexanizmdir.
İnsan orqanizmi çoxsaylı prosesləri özündə birləşdirən və bir-birindən asılı olmayaraq eyni vaxtda fəaliyyət göstərən mürəkkəb mexanizmdir.
Orqanizmin daxilində nə isə baş verəndə biz əlbəttə ki, bunu hiss edirik. Bununla belə, bir çox insanlar əlamətlərə diqqət yetirmir.
Quru dəri
Quru dəri E vitamini çatışmazlığının əlamətidir və onu vaxtında müalicə etmək lazımdır. E vitamini səviyyəsini artırmaq üçün bitki yağları, balıq, yumurta, kələm, ispanaq toxumu və çoxlu badam çox yeyin.
Həssas dırnaq və saçlar
Saçların tökülməsi və dırnaqların tez qırılması adətən orqanizmdə kalsium və D vitamininin yetərli səviyyədə olmaması ilə bağlıdır. Onu aradan qaldırmaq üçün tərəvəz, kartof və brokkoli yemək, çiy inək südü, qatıq və kefir içmək, eləcə də taxıl məhsulları ilə qidalanmaq tövsiyə olunur.
Şirniyyatlara meyllilik
Sizin sinir sisteminiz pozulanda əlavə enerjiyə ehtiyacı duyur, dolayısı ilə şirniyyat tələb edir. Bu, o demək deyil ki, siz dərhal kalorili və zərərli şirniyyatlara əl atmalısınız, şirniyyat istəyini azaltmaq üçün onun əvəzinə bir neçə çay qaşığı bal və ya tünd şokolad yeyin.
Turşu aludəçiliyi
Əgər sizdə birdən-birə turş qidalara aludəçilik yaranıbsa, bu, yəqin ki, böyrək və ya öd kisəsi probleminin əlamətidir. Bu problemi həll etmək üçün daha çox limon, cəfəri və qarağat istifadə edin.
Dəniz məhsullarına qarşı ehtiyac
Dəniz məhsullarına qarşı ehtiyac hissi yod çatışmazlığının nəticəsidir. Bu problem dəniz paxlası, quru yosunlar, tuna və morina balığından istifadə yolu ilə həll oluna bilər.
Qanayan diş ətləri
Damaq qanaxması C vitamininin çatışmazlığı əlamətidir. Odur ki, siz hər gün çoxlu kələm, brokkoli, kivi, giləmeyvə, pomidor, noxud kimi qidalar qəbul etməlisiniz.
Duzlu yeməyə meyl
Əgər siz duzlu yemək istəyirsiniz, bu, ya iltihab və ya sidik yolları xəstəliyinin əlamətidir.
Ayaq qıcolmalar, əsəbilik, yuxusuzluq
Bu problemlər orqanizmində kalium və maqnezium çatışmazlığını bildirir. Hər iki mineralın səviyyələrini qaldırmaq üçün daha çox kələm, ispanaq, kətan toxumu, qoz, günəbaxan tumu və badam yemək lazımdır.
Dirsəklər üzərində quru dəri
Əgər dirsəklərinizin çox quru olduğunu hiss etmisinizsə, onda bilməlisiniz ki, bu, A və C vitamini çatışmazlığının əlamətidir. Dərinin vəziyyətini yaxşılaşdırmaq üçün gündəlik menyunuza daha çox portağal, balqabaq, kök və ərik daxil edin.
Çiy məhsullar
Əgər ürəyiniz çiy məhsul istəyirsə, siz mədənizi çiy meyvə və tərəvəz vasitəsi ilə sakitləşdirə bilərsiniz.