BƏDƏNDƏ XALI ÇOX OLANLAR MÜTƏMADİ MÜAYİNƏ OLMALIDIR – TÜRK PROFESSORbackend

BƏDƏNDƏ XALI ÇOX OLANLAR MÜTƏMADİ MÜAYİNƏ OLMALIDIR – TÜRK PROFESSOR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çox xalı olan insanların dəri xərçəngi xəstəliyinə tutulma riski yüksəkdir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ankara Universiteti Tibb Fakiltəsi Dermotoloji uzmanı professor Bengü Akay bildirib. Həkim apardığı araşdırmalar və müşahidələrinə əsasən bu qənaətə gəlib. O bildirib ki, doğuşdan olan xalların böyüməsi təhlükədən xəbər verir.
Həkimin sözlərinə görə, əgər xal qanayırsa, mütləq həkim müayinəsi lazımdır. Dermotoloqun sözlərinə görə, çox və böyük xalları olanlar mütəmadi müayinə olunsa, yaxşıdır. Həkim bildirib ki, “xallara toxunmaq olmaz” anlayışı səhvdir, böyüməkdə olan istənilən xala müdaxilə olunmalıdır. Böyüməkdə olan xala müayinə olunmazsa, ölümlə nəticələnən xərçəngə çevrilə bilər.