Bədən, üz kremləri, nəmləndirici, günəş şüalarından qoruyucu kremlər, vitamin firması “Bio-Sun” cərimələnib.
Tribunainfo.az xəbər verir ki, “Bio-Sun” İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
İşə 12 iyun tarixində Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Roman