BƏDBƏXT HADİSƏ ZAMANI XƏSARƏT ALANLARLARIN SAYI GİZLƏDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda Bakının Binəqədi rayonunda metrostansiya tikintisi zamanı bədbəxt hadisə baş verib. 


7 iyunda  Bakıda Bakının Binəqədi rayonunda metrostansiya tikintisi zamanı bədbəxt hadisə baş verib.

TİA.AZ xəbər verir ki, hadisə Xocahəsən qəsəbəsində qeydə alınıb. Hadisə zamanı iki nəfər xəsarət alsa da bir nəfərin xəsarət aldığı xəbəri verilib. Onlardan biri 1990-cı il təvəllüdlü Abdullayev Kənan tikintidə işləyərkən dəmir parçası onun üz nahiyəsinə dəyib. Nəticədə o, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digəri isə Bəybala Bünyad oğlu Əlizadə olub. O, hazırda nevroloji xəstəxanada reanimasiyadadır. 

 Bu haqda TİA.AZ-a xəsarət alan şəxsin bacisi oğlu İltifat Əliyevməlumat verib: “Bəybala Əlizadə  mənim dayımdı. Onun  sağ qolu və kürəyi əzilib, kəllə sümüyü çatlayıb və beyni qan sızıb. Əməliyyatda olunub və hazırda  xəstəxanadadır.”.

İlahə