BEA: ABŞ Rusiyanın taxtını əlindən alacaq

BEA: ABŞ Rusiyanın taxtını əlindən alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Enerji Agentliyi 2019-cu ildə ABŞ-ın Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olacağını açıqlayıb.

TİA.AZ xəbər verir ki, ötən həftə ABŞ-da xam neft idxalı 1,6 milyon barel azalaraq 4,98 milyon barelə düşüb.

ABŞ-ın neft istehsalında artım qlobal bazarların tarazlığını pozmaqda davam edir.

BEA tərəfindən bu artımın getdikcə sürətlənəcəyi irəli sürülür:

“Növbəti dörd-beş il ərzində hasilatın düşməsi gözlənilmir. Dünyanın ən böyük bazarları daxil olmaqla Asiyada bir çox ölkəyə neft ixrac edən ABŞ, OPEK və Rusiyanın bazar paylarını azaldır”.