Ötən gün Baş Dövlət Yol Polisi İdarəsi keçirdiyi tenderin nəticəsini və
qalibinin adını açıqlayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə “e-tender”
saytında məlumat dərc edilib.
Həmin məlumatda qeyd olunur ki, BDYPİ Qeydiyyat İmtahan İdarəsi,
Qeydiyyat İmtahan Şöbələri, Respublika DYPB-ləri, YPXA stasionar
postları və Müayinə Mərkəzlərində olan xüsusi nəzarət ölçü cihazları və
diaqnostika avadanlıqlarına servis xidməti və ehtiyyat hissələrini alacaq.
Tenderin qalibi “AN GLOBAL SERVİCES AND TRADİNG LTD” MMC olub.
Bu işlərin görülməsi üçün tərəflər arasında 598.998,68 manatlıq müqavilə
imzalanıb.
Açıq mənbələrdə aparılan araşdırmalardan belə məlum olur ki, bu, BDYPİ
ilə “An Global Services and Tradinq LTD” arasında ilk iş deyil. Hələ 2021-ci
ildə də analoji işlərin görülməsi vəzifəsi sözügedən şirkətə verilibmiş. 4 il
öncə imzalanmış müqavilənin dəyəri isə 290 min 270 manat təşkil edib.
Qeyd edə ki, “AN Global Services And Trading Ltd” MMC 22.12.2015-ci
ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xətai rayonu, Babək pr. Ev
76. M. 123-də yerləşən MMC-nin nizamnamə kapitalı 500 manat təşkil edir.
MMC-nin qanuni təmsilçisi Nəcəfov Nəcəf Məmməd oğludur