BDYP haqqında yazılan yazıda qərəz dolu fikirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

    Bir neçə gün öncə “anaxeber.az” saytında “Usubova “Tələ” projesi: Zeynalovun post, Nuriyevin “cənnət otağı” biznesindən – Dosye” adlı bir məqalə dərc olunmuşdu. Məqalədə müəllifin göstərdiyi fikirlər kökündən yalnışlıqla dolu olduğundan araşdırma qərarı verdik. Araşdırma zamanı məlum oldu ki, yazıda göstərilən “fakt” ların heç bir əsası yoxdu. Nəinki əsası, hətda bir az da dərinə getsək görərik ki, bu fikirlər bir şəxsin fərdi illuziyasıdı. Bunu hamı təsdiq edə bilər ki, bu gün yol polisinin fəaliyyəti olmasa yol terorunun qurbanlarının sayı günbəgün artar. Yollarda quraşdırılmış radarlar sürücüləri yüksək sürət həddinin aşmaması üçün nəzərdə tutulub. Bu faktların sayını artıra bilərik. Ancaq hansısa müəllifin yalnışlıqları görülən işlərə kölgə salacağına inanmadığımızdan bəs deyirik.