BDU tələbələrinə – Şad xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fəaliyyəti dayandırılan “Dəyanət” türk liseyinin binası Bakı Dövlət Universitetinin yataqxanası olacaq. 

Fəaliyyəti dayandırılan “Dəyanət” türk liseyinin binası Bakı Dövlət Universitetinin yataqxanası olacaq.

Qaynarinfo.az xəbər verir ki, bir müddətdir ki, bu məsələ ilə bağlı müzakirələr aparılırdı. Əvvəllər də BDU-nun yataqxanası olan bina yenidən tələbələrin istifadəsinə veriləcək.

Bakı Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru Nəbi Ramazanlı məsələ ilə bağlı verdiyi açıqlamasında ümumi plana görə həmin ərazidə yerləşən bütün tikililərin gələcəkdə söküləcəyini və yerində tələbə şəhərciyi salınacağını, lakin bunun üçün hələlik büdcədən vəsait ayrılmadığını bildirib:

“Sözügedən ərazidə tələbə şəhərciyinin tikilməsi planlaşdırılır. Bu səbəbdən orada olan bütün binalar, məscid qarışıq çox güman ki, söküləcək. Bu da təbii ki, maliyyə ilə bağlı olan bir məsələdir. Büdcədən bunun üçün nə zaman pul ayrılsa, o zaman işlərə start veriləcək. Liseyin binası 1960-cı illərə aid yataqxana tikililərindən biridir ki, məktəb fəaliyyətə başlayanda oranın tərkibinə verilmişdi. Tədris ilinin sonuna qədər maliyyələşmə planları həll olunsa, bina yəqin ki, söküləcək, yox əgər maliyyə ayrılmasa, biz həmin binanı boş saxlamayacağıq və tədris ili başlayan ərəfədə tələbələr üçün bu binada da şərait yaradılacaq”.