BDU-nun tələbəsi atasının mağazasının qarşısında öldürüldü – Video

BDU-nun tələbəsi atasının mağazasının qarşısında öldürüldü – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvan rayonunda qətl hadisəsi törədilib.

“Report”un  verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.

Qeyd edək ki, R.Fətullayev BDU-nun tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.