Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin Dinşünaslıq ixtisasına tələbə qəbulu dayandırılıb.
Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin Dinşünaslıq ixtisasına tələbə qəbulu dayandırılıb.
Bu barədə TİA.AZ–a universitetin Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.
O bildirib ki, fakültənin bakalavr və magistratura səviyyəsinin müvafiq ixtisaslarına qəbul davam edir.
Lakin 2017/2018-ci tədris ili üçün İlahiyyat fakültəsinin Dinşünaslıq ixtisasına bakalavr səviyyəsi üzrə plan yeri ayrılmayıb. İxtisasın magistr pilləsi üzrə qəbulu isə bu il də olacaq.