Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə təhdid dolu mesajlar göndərməsi ilə bağlı araşdırma başladılıb.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə təhdid dolu mesajlar göndərməsi ilə bağlı araşdırma başladılıb.
Bu barədə BakiPost.az-a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat evrib. Bildirib ki, araşdırma bitdikdən sonra mətbuata geniş açıqlama veriləcək.
Qeyd edək ki, Aytəkin Zeynalova mesajlarında tələbələrə universitet və dekanlıq haqqında tənqidi status yazmamaqla bağlı xəbərdarlıq edib. Bildirib ki, xəbərdarlığa baxmayan tələbələr cəzalandırılacaq.