BDU 15 min manat cərimələndi

BDU 15 min manat cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universiteti barəsində icraat başladılıb.Tribunainfo.az xəbər verir ki, dövlət universiteti İnzibati Xətalar Məcəlləsinin ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarnı pozduğuna görə cərimələnib.

Belə ki, tələbi pozulan 268.0.1-ci maddəyə əsasən ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

BDU-nun işinə 6 mart tarixində Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqandırmağa hazırıq.

Nigar