BCM Netanyahunun və Qallantın həbsinə order verdi

BCM Netanyahunun və Qallantın həbsinə order verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verib.

Tribunainfo.az xəbər verir ki, beynəlxalq məhkəmə hər iki şəxsin cinayət törətdiyini güman etməyə əsaslar olduğunu elan edib.

Qeyd edək ki, BCM-nin baş prokuroru mayın 20-də adıçəkilən şəxslərin həbsi ilə bağlı müraciət edildiyini bildirmişdi. 

8 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında Netanyahu və Qallantın müharibə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığına dair ağlabatan əsasların olduğunu elan etmişdi.