BBC Trampdan üzr istədi

BBC Trampdan üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BBC ABŞ Prezidenti Donald Trampdan 6 yanvar 2021-ci il nitqinin “Panorama” proqramında yanlış montaj edilməsinə görə üzr istəyib.

Tribuna BBC-yə istinadən xəbər verir ki, montaj nitqin müxtəlif hissələrini birləşdirərək, Trampın “zorakılığa çağırış etdiyi” təəssüratı yaratmışdı.

BBC həmin buraxılışın yenidən yayımlanmayacağını açıqlayıb.

Lakin korporasiya Trampın 1 milyard dollarlıq kompensasiya tələbinə “hüquqi əsas yoxdur” deyərək imtina edib.

BBC bildirib ki, proqram ABŞ-də yayımlanmayıb, montaj qəsdən edilməyib və Trampa zərər vurmayıb.

Qalmaqal BBC-nin baş direktoru Tim Deivinin və xəbər rəhbəri Debora Törnessin istefası ilə nəticələnib.

Tramp isə BBC-ni sistemli şəkildə təhrif və nüfuzdan salma cəhdində ittiham edir. BBC məsələ ilə bağlı əlavə araşdırma aparıldığını bildirib.