Sosial şəbəkələrdə bəzi marketlərdəki məhsulların vitrin və kassa qiymətlərinin fərqli olması barədə çoxsaylı şikayətlər var.
Sosial şəbəkələrdə bəzi marketlərdəki məhsulların vitrin və kassa qiymətlərinin fərqli olması barədə çoxsaylı şikayətlər var.
Bu dəfə Elnur Abdullazədə adlı istifadəçi “Bazastore” marketlərdə üzləşdiyi qiymət fərqindən şikayət edib:
“Hər axşam “Bazastore”-dan bazarlıq edirəm, amma heç vaxt məhsulların ayrı-ayrılıqda qiymətlərinə diqqət etməmişəm. Toplam qiymət nə tutursa, məbləği ödəyib gəlmişəm. Son günlər facebook-da “Bazarstore”-dakı vitrin və kassa qiymət fərqliliyindən bir neçə şikayət statusu gördüm deyə bugün marağa qiymətlərə diqqət etdim. Nəticədə aldığım bir məhsulun vitrin və kassa qiymətində düz 2 dəfə fərq oldu. Kassir xanıma bildirəndə ki, məhsulun kassada hesablanan qiyməti vitrindəkindən düz 2 dəfə çoxdur, dedi ki, istəmirsizsə geri götürək məhsulu, bizdə olur belə qiymət fərqilikləri arada. Dedim, birincisi niyə olmalıdır, necə olur, ikincisi də ki, fərq olsun day 2 dəfə də yox da ?! Dedi ki, olur hərdən bizdə, istəmirsiz qaytarın… Qız mənə elə sifət elədi ki, elə bil atasının obyektini müdafiə edir. Ümumiyyətlə, işlədiyi müəssisənin haqsız yerə tərəfini saxlayıb müdafiə edən insanı sağlam düşüncəli və ciddi insan hesab etmirəm. Müəssisə fırıldaqçılıq edir, sus, dur bir qıraqda, sən niyə bunu malalamağa çalışıb müdafiə edəsən axı ?! Sən oranın adi işçisisən, atanın obyekti deyil. Nəisə, mətləbə qayıdım, “Bazarsore”-un timsalında sualım budur ki, onsuz da milyonlar qazanan böyük yerli şirkətlər niyə belə cılız fırıldaqlar edirlər axı ?!”