“Bazarstore”un filial müdiri keçmiş arvadını gözəllik salonunda alimentə görə öldürübmüş

“Bazarstore”un filial müdiri keçmiş arvadını gözəllik salonunda alimentə görə öldürübmüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən İsrafil Yusifovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, təqsirləndirilən şəxsinCinayət Məcəlləsinin 120.2.4 və 120.2.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilib.

Belə ki, İ.Yusifovun 19 il müddətinə müddətinə azadlıqdanməhrum etmə cəzası 17 ilə endirilib.

Qeyd: Hadisə 13 aprel 2023-cü il tarixində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində qeydə alınıb. 1980-ci il təvəllüdlü İ.Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı, 1986-cı il təvəllüdlü Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra İ.Yusifov könüllü olaraq istintaqa təslim olub.

Xatırlatma: 2007-ci ildən evlə olmuş cütlüklərin 3 uşağı var. Hadisədən əvvəl, yəni martın 27-də Binəqədi Rayon Məhkəməsini qərarı ilə onlar boşanıblar.

İttihama görə, İsrafillə Aygün arasında mübahisə də aliment puluna görə olub. Belə ki, məhkəmənin qərarı ilə kişinin aylıq maaşından 529 manat pul tutulub. İsrafil də bununla razılaşmayıb, keçmiş arvadından 250 manatı geri qaytarmasını istəyib. Aygün də buna etiraz edib. Sonra o, qadının işlədiyi gözəllik salonuna gəlib, Aygünə ümumilikdə 8 bıçaq zərbəsi vuraraq öldürüb.

Qeyd: Məlumata görə, İ.Yusifov Lənkəranda yerləşən “Bazarstore” supermarketinin müdiri kimi çalışıb.