“Bazarstore” supermarketi iylənmiş balıq haqqında videonu sosial şəbəkələrdə yayan vətəndaşdan 100 000 AZN almağa hazırlaşır.
“Bazarstore” supermarketi iylənmiş balıq haqqında videonu sosial şəbəkələrdə yayan vətəndaşdan 100 000 AZN almağa hazırlaşır.
TİA.AZ xəbər verir ki, videonu yayan xanım Esmiralda Şıxamirova Baku.ws-ə açıqlamasında ötən gün “Bazarstore” supermarketi tərəfindən ona məhkəmə iddia ərizəsinin göndərildiyini bildirib.
İddia ərizəsindən göründüyü kimi, supermarket vətəndaşdan 100 000 AZN cərimə almaq niyyətindədir.
Qeyd edək ki, E. Şıxamirova noyabrda “Bazarstore”da iylənmiş balıq haqqında videonu çəkərək sosial şəbəkələrdə yaymışdı. Sözügedən video böyük ajiotaja səbəb olmuşdu.