“Bazarstore” PAKETLƏRİNDƏN PİS QOXU GƏLİR-ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda həmin o tip, qara paketləri zibil qutularına qoymaq üçün istifadə edirlər”

 
Tia.az xəbər verir ki, Ceyhun Mikayıl  adlı bir şəxs sosial şəbəkədə “Bazarstore”  marketlərində istifadə edilən paketlərin insan sağlamlığı üçün təhlükəli olduğunu iddia edib. Onun sözlərinə görə,  bu paketlərdən xoşagəlməz qoxu hiss olunur: “”Bazarstore”-un yanından keçəndə mağazadan alış-veriş edirəm. Hər dəfə kassaya gələndə qanım qaralır. Çünki aldığım məhsulları yerləşdirdikləri, üzərində “Bazarstore”-un öz loqosu olan sellofan paketlərdən bərbad qoxu gəlir. 4-5 il əvvəl qara iran istehsalı olan qara sellofan paketlərin insan sağlamlığına ciddi zərər vurduğunu və əhalinin onlardan istifadə eməməsi üçün televiyada xəbərlərdə verilən süjetlər yadınızda qalmış olar. Hazırda həmin o tip, qara paketləri zibil qutularına qoymaq üçün istifadə edirlər. İndiki qara paketlərdən pis qoxu gəlmir. Amma “Bazarstore”-un paketlərindən hələ də gəlir. Satıcılara bir neçə dəfə demişəm, deyiblər ki, müdriyyətin xəbəri var.”
NÜŞABƏ
TİA.AZ