“Bazarstore” Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qərarından məhkəməyə şikayət verib.
Tribunainfo.az xəbər verir ki, AQTA “Bazarstore” MMC-ni İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 447.0.5-ci maddəsini pozduğunu bəyan edib.
Maddəyə əsasən, AQTA “Bazarstore”-u standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsində günahlandırır.
Maddəyə əsasən, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
“Bazarstore” AQTA-nın bu qərarından şikayət verib. İşə 24 iyun tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Mirzəli Abbasovun icraatındadır.
Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar