Azərbaycanda ticarət şəbəkəkələrində malların alıcılara üzərindəki qiymətdən fərqli qiymətə satışı halları davam edir.
Növbəti belə hal «Bazarstore» şəbəkəsində baş verib.
Bu isə «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 13-cü maddəsinin 1-ci bəndinin pozulması deməkdir. Baş verən pozuntuya görə, marketlər şəbəkəsinə İnzibati Xətalar Məcəlləsinin 447.01 bəndi – «Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması» üzrə protokol yazılıb.
Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə hüquqi şəxslər üzrə cərimə məbləği 4-6 min manat arasında dəyişir. Qeyd edək ki, «az miqdarda” dedikdə, 300 manata qədər olan məbləğ başa düşülür.