“Krokus Siti Hall” tualetində 28 ölü, evakuasiya pilləkənlərindən birində daha 14 nəfərin cəsədi tapılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı yazıb.
Mənbələrin məlumatına görə, bəzi ailələrin cəsədi birlikdə aşkarlanıb. “Bəziləri qucaqlaşaraq ölüb. Çoxlu anaların cəsədləri övladlarını qucaqladığı vəziyyətdə tapılıb”, deyə “Baza” yazıb.
Bundan əvvəl mənbələr bildiriblər ki, atışma zamanı konsert iştirakçılarından bəziləri tualetdə gizlənib, 112-yə zəng edərək kömək istəyiblər. Onlar otaqda qapalı qalıb və tüstü ora nüfuz etməyə başlayıb.
Qeyd edək ki, martın 22-də Moskvadakı “Krokus Siti Hall” konsert zalında terror aktı baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Hadisə nəticəsində 93 nəfər ölüb. Terror aktında Azərbaycan və ya Rusiya vətəndaşlığı olan 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu da həlak olub.