BAYTARLIQ XİDMƏTİ BAŞ PROKURORLUĞU TƏKZİB EDİR! – “Guya…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) guya Ukraynadan “Qualiko” əmtəə nişanı adı altında ölkəyə idxal edilən dondurulmuş toyuq ətlərinin tərkibində normadan artıq zərərli baytarlıq preparatların aşkarlanması ilə bağlı əsasız məlumatlar yayılmışdır.” 

“Bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) guya Ukraynadan “Qualiko” əmtəə nişanı adı altında ölkəyə idxal edilən dondurulmuş toyuq ətlərinin tərkibində normadan artıq zərərli baytarlıq preparatların aşkarlanması ilə bağlı əsasız məlumatlar yayılmışdır.”

“AzPolitika”nın məlumatına görə, bunu Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Ukraynadan “Qualiko” əmtəə nişanı adı altında ölkəyə idxal edilən dondurulmuş toyuq ətləri ilə bağlı yaydığı məlumatda bildirib.

Qurumdan bildirilir ki, Bununla əlaqədar olarq Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikaya idxal olunan bütün heyvan, heyvan mənşəli, o cümlədən toyuq məhsullarının hamısı qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlərin ekspertizası aparıldıqdan və məhsul idxal olunduqdan sonra laboratoriya müayinəsi aparılır. Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarıxli, 25 saylı əmr ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərə əsasən heyvan mənşəli məhsulların laboratoriya müayinəsi həyata keçirilir.

“Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərə uyğun olaraq ölkəyə idxal edilən bütün heyvan mənşəli və quşçuluq məhsulları mikrobioloji, toksiki elementlər, antibiotiklər, pestisidlər, hormonal preparatların qalıq miqdarı və radionuklitlər görə yoxlanılır. Aparılan müayinələrin nəticəsinə əsasən həmin məhsullarda heç bir əlavə, normadan artıq baytarlıq preparatları, insan orqanizmi üçün zərərli qalıq maddələr aşkar edilməmiş və bütün göstəricilər Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərinə uyğun olmuşdur.

Məhsullarda nəmliyin yoxlanılması isə Səhiyyə Nazirliyinin 30 aprel 2010-cu il tarıxli, 25 saylı əmr ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyəliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlərində nəzərdə tutulmamışdır.

DBNX bildirir ki, ölkəyə idxal edilən bütün heyvandarlıq məhsullarına, eləcə də quş ətlərinə nəzarət olunur, məhsullar idxal edildikdən və laboratoriya müayinəsi aparıldıqdan sonra istifadə olunur. 

BAŞ PROKURORLUQ CİNAYƏT İŞİ AÇIB

Ukraynadan Azərbaycana tərkibində normadan 6 dəfəyədək artıq nəmliyin kütlə payı olan dondurulmuş toyuq əti məhsulları idxal edən bir neçə şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, araşdırma zamanı Ukraynadan Azərbaycana dondurulmuş toyuq əti məhsulları gətirilməsi ilə məşğul olan bir neçə şirkətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 6 dəfəyə qədər artıq olan Ukrayna istehsalı dondurulmuş toyuq əti məhsulları idxal edərək malın ölçüsünə, çəkisinə və keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlayıb.

Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin tam dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.