Bayraq meydanındakı parkda əhalinin istifadə etməsi üçün yerləşdirilən dəmir turniklər yoxa çıxıb. Parka gələnlər onların oğurlandığını düşünürlər.
Bayraq meydanındakı parkda əhalinin istifadə etməsi üçün yerləşdirilən dəmir turniklər yoxa çıxıb. Parka gələnlər onların oğurlandığını düşünürlər.
TİA.AZ xəbər verir ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi aparatının rəhbəri Elmir Bağırov isə Modern.az-a bildirib ki, həmin turniklər təmir üçün götürülüb.
“Bildiyiniz kimi, həmin turniklərdən istifadə pulsuzdur. Buna görə də insanlar onlardan tez-tez istifadə edirlər. Bəzi hallarda bu, konstruksiyaya uyğun olmur. Dəmir turniklər təmir ediləndən sonra qısa müddət ərzində əvvəlki yerində quraşdırılacaq”.