Bayraq Meydanında “BMW” ilə avtoşluq edən şəxs saxlanıldıbackend

Bayraq Meydanında “BMW” ilə avtoşluq edən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Səbail rayonu, Bayraq Meydanında avtoşluq edən şəxs saxlanılıb. 
Qaynarinfo xəbər verir ki, 1994-cü il təvəllüdlü, Biləsuvar rayon sakini Zabil (şərti ad) Bayraq Meydanında idarə etdiyi “BMW 428” markalı, TH dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtülməsi nəticəsində səslərin çıxarılmasına səbəb olan hərəkətlər edib.
Hadisə yerinə Səbail rayon DYPŞ Yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Zabil saxlanılaraq barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Zabil məhkəmə əməlindən səmimi peşman olduğunu, barəsində yüngül cəzanın seçilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə, Zabil İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manat cərimə təyin olunub.