BAYRAMQABAĞI QİYMƏT ARTIMININ QARŞISINI NECƏ ALAQ? – İQTİSADÇI AÇIQLADI

BAYRAMQABAĞI QİYMƏT ARTIMININ QARŞISINI NECƏ ALAQ? – İQTİSADÇI AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni il yaxınlaşdıqca “ənənəvi” qiymət artımının şahidi oluruq. Sanki bu addım dəyişməz bir adətə çevrilib. Alıcılar da hər bayramqabağı ərzaqların qiymətinin artmasından təngə gəliblər.

Bəs, bu qiymət artımının qarşısını hansısa formada almaq mümkündürmü?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirdi ki, nəinki yeni il, digər bayramlarda da qiymət artımının şahidi oluruq.

Ekspertin sözlərinə görə, tez varlanmaq prinsipi ticarətin də alıcılıq qabiliyyətinin də axırına çıxacaq.


“Hər bayram qabağı paytaxt bakıda dövlət tərəfindən yarmarkalar, bazarlar təşkil olunur. Müəyyən qədər də olsa digər bazarlara nisbətən qiymət fərqi olur. Bu da təbii ki, hər kəs tərəfindən əlçatan olmur. Ümumiyyətlə qida sektoru elə bir vəziyyətə gəlib ki, burada konkret orta nöqtə yoxdur. Bir növ kasıb və varlı təbəqə kimi. Satıcı narazıdır ki, müştəri yoxdur, alıcı şikayətlənir ki, pul yoxdur. Əvvəlki illərdə hər kəsin süfrəsində hərşey olurdu, bayramı istədiyi kimi qeyd edirdi. Hər kəsin üzündə təbəssüm var idi. İndi neçə nəfər bayramı qeyd edə bilir? Bayramda hansısa qidanı baha qiymətə alanlar da məcburi alır. Evdəki uşağa görə. Budurmu bayram? Görün hansı hala çevrilib ki, süfrədə nəsə varsa deyirik ki, bayramdı. Ümumiyyətlə Dövlət və özəl qurumlar tərəfindən ailə tərkibi xüsusiilə uşaqlar nəzərə alınmaqla bayram payı verilməlidir. İşsizlər və xüsusi qayğıya ehtiyacı olan ailələr üçün isə Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən verilməlidir. Düşünürəm ki, bayramqabağı qiymət artımını belə qarşısını almaq olar. Ondan sonra məhsulu əlində qalan sahibkar, alverçi məcbur olub bazara ayaq uyduracaq, münasib qiymətə satacaq.
Ümumiyyətlə bu düşüncə bəyənilmir ki, rayondan gətirim qat qat baha qiymətə satım. Azad bazar iqtisadiyyatıdır sahibkara, kəndliyə demək olmur bu qiymətə nə üçün satırsan? Lakin həddindən artıq olduqda iqtisadiyyat nazirliyi başda olmaqla digər qurumlar tərəfindən müdaxilə olunur. Yuxarda qeyd etdiyim kimi qiymət artımına xüsusiilə də süni qiymət artımına bu şəkildə müdaxilə oluna bilər. Əks təqdirdə 5 manat əmək haqqı artırsa qiymətlər 2 qat artır”.